Главная > Təhsil > Masallı məktəblilərinin növbəti uğuru

Masallı məktəblilərinin növbəti uğuru


2-04-2021, 19:41. Разместил: yeni321
Masallı məktəblilərinin növbəti uğuru 

Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə cənub zonasının kollec tələbələri və ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən onlayn fənn olimpiadasında Qızılağac kənd S.Xəlilov adına 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Həsənzadə Həsən Şahin oğlu coğrafiya fənni üzrə ikinci, həmin məktəbin XI sinif şagirdi Kazımlı İzzət Zeynal oğlu riyaziyyat fənni üzrə üçüncü, Təzə Alvadı kənd E.Əhədov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Məhərrəmova Pərvin Tahir qızı isə biologiya fənni üzrə üçüncü yerə layiq görülmüşdür.
Qalibləri təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад