Главная > Təhsil > Masallı məktəbliləri – bir ailənin 3 üzvü "Cambridge Assessment English" olimpiadasının qalibi olublar

Masallı məktəbliləri – bir ailənin 3 üzvü "Cambridge Assessment English" olimpiadasının qalibi olublar


3-04-2021, 15:22. Разместил: yeni321
Masallı məktəbliləri – bir ailənin 3 üzvü "Cambridge Assessment English" olimpiadasının qalibi olublar
 
Masallı şəhər Sakit Tağıyev adına 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi İlkin Cəfərli, 7-ci sinif şagirdi Toğrul Cəfərli və 5-ci sinif şagirdi Gülnar Cəfərli Kembric Universitetinin Lənkəranda təşkil etdiyi "Cambridge Assessment English" olimpiadasının qalibi olublar.
Maraqlıdır ki, hər üç qalib bir ailənin üzvüdür. Xatırladaq ki, bu bacı-qardaşlar Masallının tanınmış riyaziyyat müəllimi, vaxtilə adı çəkilən təhsil ocağıda çalışmış mərhum Cəmaləddin Əmənovun nəvələridir.

Akif Ağayev,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад