Главная > Təhsil > Masallıda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turnirinə yekun vurulub

Masallıda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turnirinə yekun vurulub


5-04-2021, 13:43. Разместил: yeni321
Masallıda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turnirinə yekun vurulub

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi” ilinə həs olunmuş gənclər arasında fərdi şəkildə onlayn “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon turniri keçirilib.
İki gün (2-3 aprel) davam edən yarışın keçirilməsində məqsədi Nizami Gəncəvi irsinin gənclər arasında təbliği, onların asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olub.
Gənclər arasında keçirilən turnirin yekun nəticəsinə əsasən Rasim Həsənzadə birinci, Nicat Baxşıyev ikinci, Məhəmməd Məlikov üçüncü yerə, İlqar Əmənov isə fərqlənmə diplomuna layiq görülüb.
Qaliblər təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.
 
Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад