Главная > Təhsil > Masallı məktəbliləri “Yaşıl düşüncə” düşərgəsində

Masallı məktəbliləri “Yaşıl düşüncə” düşərgəsində


11-12-2017, 19:49. Разместил: yeni321
Masallı məktəbliləri “Yaşıl düşüncə” düşərgəsində

Yeniyetmə və gənclər arasında ekoloji maarifləndirilməni gücləndirmək məqsədilə respublikada müxtəlif layihələr həyata keçirilir.
Bu günlərdə Masallı məktəbliləri ilə "Yaşıl düşüncə və onların fərdi inkişafı" mövzusunda düşərgənin təşkili bunun bariz nümunəsidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihə Masallı Rayon Təhsil Şöbəsinin və “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin tərəfdaşlığı ilə 9-10 dekabr tarixlərində açıq hava şəraitində həyata keçirilib.
Layihə çərçivəsində nəzərdə tutulan 2 günlük tədris proqramı təbiət qoynunda və qapalı şəraitdə Azərbaycanın gözəl guşələrindən olan Astara rayonunda təşkil edilib. Hirkan Milli Parkındakı “Hirkan Ekoturizm” otelində keçirilən layihənin əsas məqsədi məktəblilər arasında ətraf mühitə qarşı şüurlu və qayğıkeş münasibət, ekoloji məsuliyyətin formalaşdırılması və şagirdlərin bu istiqamətdə tədris prosesində aldıqları bilikləri daha da genişləndirməkdir.
Düşərgə müddətində layihə rəhbəri Nəsimi Bədəlov, beynəlxalq dərəcəli təlimçi Rafət Şirəliyev və laiyihə köməkçisi Raci Səfərovun təqdimatında mövzu ilə bağlı təlim və seminarlar keçirilib. Təlimlərdə fərqlənənlərə sertifikatlar təqdim edilib.
Məktəblilər üçün müxtəlif komanda və intellektual oyunları təşkil olunub.
 
 Akif AĞAYEV,
 “Yeni həyat”,
 www.yeniheyet.az




 шаблоны для dle 11.2
Вернуться назад