Главная > Təhsil > Masallıda şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallıda şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb


30-04-2021, 20:21. Разместил: yeni321
Masallıda şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb 

Masallı rayon Gənclər və İdman İdarəsinin, rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayon məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilən onlayn şeir müsabiqəsinə yekun vurulub.
Koronavirus (COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq təşkil edilən mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək müsabiqənin keçirilməsində əsas məqsədin Ulu Öndərn əziz xatirəsinin yad edilməsi və şagirdlər arasında Heydər Əliyev məfkurəsinin geniş təbliği və istedadlı şagirdlərin üzə çıxarılması olduğunu bildirib. O, qalib məktəblilərə uğurlar arzulayıb.
Masallı RayonTəhsil Şöbəsinin metodisti Əkbər Mahmudov qalibləri təbrik edərək, müsabiqədə şagirdlərin fəallıq göstərdiyini xüsusi vurğulayıb.
10 gün (21-30 aprel) davam edən müsabiqədə 80 nəfərə yaxın şagird iştirak edib.
Onlayn şeir müsabiqəsinin yekun nəticəsinə əsasən VII-VIII sinif şagirdləri arasında Dəmirçi kənd ümumi orta məktəbinin Rəsulova Sara Rəsul qızı birinci, Qızılağac 2 saylı tam orta məktəbinin şagirdi Mairova Məryəm Elçin qızı ikinci, N.Bağışov adına Xanalion kənd ümumi orta məktəbinin şagirdi Bağırzadə Mirbağır Mirəsgər oğlu üçüncü yer, Ə.Vəliyev adına Qarğalıq kənd tam orta məktəbinin şagirdi Xanməmmədova Rəvanə Tehran qızı, Güllütəpə kənd tam orta məktəbinin şagirdi Tağıyeva Nargilə Elnur qızı, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi Feyzullayeva Günel Elşən qızı isə fərqlənmə diplomları ilə mükafatlandırılıblar.
IX-X sinif şagirdləri arasında Bədəlan kənd tam orta məktəbinin şagirdi Şahbazzadə İlqarə Mahir qızı birinci, Qəzvinoba kənd ümumi orta məktəbinin şagirdi Abbasova Sevgül Zöhrab qızı ikinci, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin şagirdi Bağırova Fatmeyizəhra Rauf qızı üçüncü yerə, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin şagirdi Abdullayeva Fidan Vüsal qızı isə fərqlənmə diplomuna layiq görülüb.
Qaliblərə Masallı rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.




 
Akif Ağayev,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад