Главная > Təhsil > Masallıda bilik yarışı üzrə rayon birinciliyi keçirilib

Masallıda bilik yarışı üzrə rayon birinciliyi keçirilib


3-06-2021, 16:06. Разместил: yeni321
Masallıda bilik yarışı üzrə rayon birinciliyi keçirilib

            Masallı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ASAN İntellektual İnkişaf Mərkəzində “Milli Qurtuluş Günü”nə həsr olunmuş yeniyetmələr arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
         Pandemiya qaydaları gözlənilmək şərtilə təşkil olunan tədbirdə iştirak edən Masallı rayon İcra Hakimiyyətinin başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov 15 iyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik etmiş, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, bildirmişlər ki, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər Heydər Əliyev  uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı çətin vəziyyətdən xilas etdi.
Çıxışlarda bildirilmişdir ki,  respublikamızda bütün sahələrdə olduğu kimi  gənclərlə iş sahəsində də kifayət qədər işlər görülmüş, xüsusən gənclərin vətənpərvərlik sahəsinə böyük önəm verilmişdir: “Bu gün artıq gənclərimiz  beynəlxalq arenada yüksək nailiyyətlər qazanır, böyük uğurlara imza atır. Hazırda  ölkəmizdə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin ölkəmizdə sürətlə inkişaf edir.”
        Gərgin və maraqlı mübarizə şəraitində keçirilın bilik yarışının yekun nəticəsinə əsasən Bala Kolatan kənd tam orta məktəbinin komandası birinci, Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbinin komandası ikinci, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin komandası üçüncü yerə layiq görülmüşdür. Fərqləndiyinə görə Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin komandası diplomla mükafatlandırılmışdır.
         Qalib komandalara təşkilat komitəsinin kubok və diplomları təqdim edilmişdir.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад