Главная > Təhsil > Masallı məktəblilərinin növbəti uğuru

Masallı məktəblilərinin növbəti uğuru


3-06-2021, 16:28. Разместил: yeni321
Masallı məktəblilərinin növbəti uğuru 

2020-2021-ci tədris ili üçün Respublika Fənn Olimpiadasının Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənnləri üzrə qalibləri müəyyənləşib.
Masallı rayonunun Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbinin IX sinif şagirdi Cəfərov Rövnəq Fərəc oğlu coğrafiya fənni üzrə ikinci, Köhnə Alvadı kənd Ə.Əsgərov adına tam orta məktəbinin XI sinif şagirdi Əsgərov Elvin Əli oğlu isə tarix fənni üzrə üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, Təzə Alvadı kənd E.Ağayev adına tam orta məktəbinin X sinif şagirdi Cəfərova Günel Əligüşad qızı Respublika Fənn Olimpiadasının iyun ayının 4-də kimya fənni üzrə keçiriləcək final mərhələsində iştirak edəcək.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад