Главная > Təhsil > Region gəncləri Masallıda

Region gəncləri Masallıda


13-12-2017, 16:10. Разместил: yeni321
 
Region gəncləri Masallıda 


“Embawood”da fabrikin iş prosesini izləyib, Musaküçədə həsirçilik sənəti ilə tanış olublar


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verib.

Qeyd edək ki, proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir. 

“Regionu tanı” həftəsi çərçivəsində RİİB-nin Lənkəran regional mərkəzinin könüllüləri üçün Masallı rayonuna infotur təşkil edilib.

İnfotur zamanı “Embawood” mebel fabrikində könüllülərə fabrikin yaradılma tarixçəsi, istehsal sahələri, yeni innovasiyaların tətbiqi və satış bazarı haqqında geniş məlumat verilib. İnfotur iştirakçıları fabrikin iş prosesini yaxından izləyiblər.

Həmçinin könüllülər ölkəmizdə, əsasən cənub bölgəsində yayılan və yaşadılan xalq sənəti növü ilə də tanış olublar. Rayonun Musaküçə kəndində infotur iştirakçılarına həsirçilik sənətinin tarixi, növləri, məişətdə istifadə edilməsi barədə məlumat verilib. Həsir toxunmasını əyani izləyən könüllülər, özləri də bu prosesdə iştirak ediblər. Həsirçiliyin yaşadılması və gələcək nəsillərə çatdırılması yollarını müzakirə edən könüllülər bu qədim xalq sənətinin inkişaf etdirilməsi üçün öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

                                                                                                           Akif AĞAYEV,
                                                                                                           “Yeni həyat”,
                                                                                                       www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад