Главная > Təhsil > Masallının körpə fidanları hərbçiləri təbrik ediblər

Masallının körpə fidanları hərbçiləri təbrik ediblər


27-06-2021, 14:18. Разместил: yeni321
Uşaq bağçalarında Silahlı Qüvvələr Günü 

Masallı rayonunda yerləşən uşaq bağçalarının kollektivi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər keçiriblər.
Vətən müharibəsi iştirakçılarının dəvət edildiyi tədbirlərdə körpə fidanlar qazilərimizə çiçəklər verərək vətənpərvərlik ruhunda çıxışlar edib, şeirlər söyləyiblər.
Tədbirlər zamanı şəhidlərimizin məzarı önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu ücr tədbirlər məktəbəqədər yaşlı uşaqların təlim tərbiyəsində vətənpərvərlik və milli ruhun ön plana çəkilməsinə istiqamətlənib.
Bağçanın uşaqları SHXÇDX-nin rayon şöbəsində 

Masalll şəhər 2 saylı körpələr evi-uşaq bağçasının kollektivi Silahlı Qüvvələr Günü münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xitmətinin Masallı rayon şöbəsini ziyarət ediblər.
Hərbi qulluqçuların təbrikinə gələn fidanlar şöbənin işçilərinə öz hədiyyələrini təqdim ediblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад