Главная > Təhsil > Masallının üç məktəblisi zona fənn olimpiadasının mükafatçısıdır

Masallının üç məktəblisi zona fənn olimpiadasının mükafatçısıdır


30-06-2021, 16:30. Разместил: yeni321
Olimpiada qalibləri mükafatlandırılıb 

Lənkəran Dövlət Universitetində (LDU) regional fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə artıq 5 ildir ki, keçirilən bilik yarışmasında 300-ə yaxın Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak edib.
Qeyd edək ki, onlayn qaydada təşkil olunan olimpiadada Masallı rayonunun üç məktəblisi fərqlənib. Qızılağac kənd S.Xəlilov adına 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Həsən Həsənzadə coğrafiya fənni üzrə ikinci, həmin məktəbin XI sinif şagirdi İzzət Kazımlı riyaziyyat, Təzə Alvadı kənd E.Əhədov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Pərvin Məhərrəmova isə biologiya fənni üzrə üçüncü yerə layiq görülüb.
Mükafatlandırma mərasimində LDU-nun rektoru Natiq İbrahimov qaliblərə universitetin diplom, kubok və qiymətli hədiyyələrini təqdim edib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад