Главная > Təhsil > Masallıda sosial-psixoloji amillər və dini radikalizim mövzusunda tədbir keçirilib

Masallıda sosial-psixoloji amillər və dini radikalizim mövzusunda tədbir keçirilib


15-12-2017, 15:30. Разместил: yeni321
Masallıda sosial-psixoloji amillər və dini radikalizim mövzusunda tədbir keçirilib

Masallı şəhər Gənclər Mərkəzində rayon gənclər və idman İdarəsinin, Masallı Dövlət Regional Kollecinin (MDRK) təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “İntihara aparan yollar, özünəqəsdin sosial-psixoloji amilləri və dini radikalizim” mövzusunda tədbir keçirilib.
Tədbirdə MDRK-nin müəllim və tələbələri, valideynlər iştirak edib.
Gənclər və idman idarəsinin rəisi Camal Manafov, MDRK-nin metodisti Baba Həsənov bildiriblər ki, son illər ölkədə gənclər arasında baş verən özünəqəsd hadisələri cəmiyyətimiz üçün böyük sosial problemə çevrilib. Yeniyetmə və gənclər arasında intiharın artması bu qrupa daxil olanlar arasında psixoloji dözümsüzlük və iradə zəifliyi, daim artan maddi və mənəvi sıxıntılar, bəzən isə özünü həyatda “gərəksiz” sanmaları və s. amillərlə bağlıdır. Məhz bu cür yanaşmalar səbəbindən gənclərin müəyyən bir qismi depressiyaya düşür və nəticədə onların intihar etmək riski daha çox reallaşır.
Sonra “Qırılan ömürlər” adlı sənədli film nümayiş olunub.
İştirakçılar bu cür maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsinin vacibliyini vurğulayıblar.

 “Yeni həyat”,
  www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад