Главная > Təhsil > Hansı məktəbin divarları yazılıb?

Hansı məktəbin divarları yazılıb?


16-12-2017, 14:34. Разместил: yeni321


  Hansı məktəbin divarları yazılıb? 

Replika

 Divarları, hasarları yazmaq mərəzi hələ də yaşamaqdadır. Özü də cürbəcür əcaib-qəraib sözlər. Hamı deyir ki, belə hallar tərbiyəsizlik və mədəniyyətsizlikdir. Amma çi fayda, elə tərbiyə ocaqlarının divarlarındakı yazıları görəndə təəssüflənirsən. Əgər məktəbin divarları yazılırsa gör başqa binaların divarları nə gündədir.
Bu günlərdə təhsil ocaqlarının birinin yanından keçəndə divarlarındakı uzaqdan oxunan yazı diqqətimi cəlb etdi. Dərs günü olmadığından həyətdə sakitlik idi. Fikirləşdim ki, yəqin bu məktəbdə yazı lövhələri yoxdur ki, şagirdlər məcbur olub bildiklərini divara həkk ediblər. Bir mahnıda deyildiyi kimi : “Dərdimi yazmışam divara, daşa”.
Dedim görüm uşaqlar imlanı divara düz yazıblarmı və ya riyazı əməli düz həll ediblərmi? Oxudum, bir şey hasilə gəlmədi. Məsələn, çəkilən ürək şəklinin ortasından bir ox keçirdi – yəni sən mənim sevən ürəyimi oxlayıbsan.
Elnur kimdirsə 2017-ci ildə ağlı çaşıb, əli dinc durmayıb. S+G= iki aşiq-məşuqun adının baş hərfi. “Zananer”, “Ela CHATW”, “MƏ-2006”, “Amik.Cam”, daha iri və qara hərflərlə “CHAT.Wen.ru”, CTE – 2017” və s. sözlər divarları “bəzəyir”. Şübhəsiz, belə hallar bir çox yaşayış binaların, hasarların üzərində olduğundan ünvan göstərməyi lazım bilmirik. Yəqin ki, məktəb rəhbərləri təhsil ocağının ətrafına dolanıb “yazı”ları görəcək, nəticə çıxaracaq, şagirdlərə bu mövzuda maarifləndirici məsləhət də verəcəklər.
HƏSƏNAĞA.
 
 шаблоны для dle 11.2
Вернуться назад