Главная > Təhsil / İdman > Masallıda bilik yarışmasının qalibləri mükafatlandırılıb

Masallıda bilik yarışmasının qalibləri mükafatlandırılıb


16-09-2021, 15:59. Разместил: yeni321

Masallıda onlayn qaydada keçirilən "Breyin rinq" intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi”sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə X, XI sinif şagirdləri arasında onlayn qaydada keçirilən "Breyin rinq" intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
      “Bilik Günü”nə həsr olunmuş intellektual yarışın əsas məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq maddələrinin yerinə yetirilməsindən, gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
     Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda İlqarə Şahbazzadə birinci, Zəfər İsayev ikinci, Əli Qulamov isə üçüncü layiq görülüb.
       Qaliblər təşkilat komitəsi tərəfindən diplomlarla təltif olunublar.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад