Главная > Təhsil > Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilib

Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilib


17-09-2021, 13:53. Разместил: yeni321
Masallıda tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilib

  Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri nəzərə alınmaqla “Gənclər ev” sosial xidmət müəssisəsində, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış bir qrup gənclə görüş keçirilib.
           Əvvəlcə  Vətəninmizin azadlığı uğrunda öz canlarından keçmiş əsgər və zabitlərimizin əziz  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
             Tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür: “Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülüb. Bu gün bütün sahələrdə olduğu kimi gənclərimiz təhsil sahəsində də öz uğurları ilə bizləri sevindirir.”
İdarə rəisi bir daha tələbə adını qazanmış gənclərimizi təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.
      Tədbirdə yüksək bal toplayaraq tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova və  Mirzə Əjdərli çıxış edərək gənclərə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.
        Sonda rayon gənclər və idman idarəsi tərəfindən təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад