Главная > Təhsil > Qum saatı – böyük mətləblər

Qum saatı – böyük mətləblər


16-12-2017, 14:49. Разместил: yeni321
Qum saatı – böyük mətləblər

Masallı müəllimlərinin ekran obrazı

 
Şair, mənə “Qum saatı”ndan danış,
Bu verilişin təəssüratından danış.
 Namiq Məna.
 
“Lider” TV-nin “Qum saatı” verilişinin növbəti saylarından birində Masallının qocaman müəllimlərindən biri, biologiya üzrə fəlsəfə doktoru, AJB-nin üzvü, yazıçı-publisist Sabir Abuşoğlunu (Fərəcovu) görənlər verilişi diqqətlə izləmiş, aldıqları təəssüratları bölüşmüşlər. Veriliş zəhmətini, əməyini, səmimiyyətini heç vaxt unuda bilmədiyimiz, qəlbimizdə ilk ən gözəl insan obrazı kimi yaşayan müəllimlərimizə həsr olunurdu. Onların ilki də, sonuncusu da xatirələrimizin işıqlı, nurlu səhifələrinin qəhrəmanlarıdır. 
Verilişin layihə rəhbəri və aparıcısı tanınmış kinorejissor, aktyor Elcin Cahangirli süjeti bu mətləb üstündə qurmuş, ona dərs demiş orta məktəb müəllimlərinin timsalında araşdırmalar aparmış, onların həyatına nüfuz edərək bu misilsiz sənət adamları nın ümman həyatı barədə tamaşaçılarda müəyyən təəssürat yarada bilmişdir. 
Verilişin adı “Qum saatı” olsa da böyük mətləblər ifadə olunan qısa zaman kəsiyində müəllim sənətinin dəyəri aydınlaşır. Veriliş dünyanın yüksək və yüyrək söz sahiblərinin, filosofların müəllimə verdiyi lakonuk fikirlə başlanır. “Valideynlərim məni göydən yerə endirdi, müəllimim yerdən göyə qaldırdı”.
Ümumi fikri əks etdirən bu sözlərin ovqatında köklənən veriliş bir kənd məktəbinin xatirələrindən, şagird Elçinlə müəllim Sabirin dialoqundan mənbə götürür.
Şagird etirafı:
-Sabir müəllim, ola bilsin incitmişik sizi... 
Arada qum saatı axır, zaman çərçivəsinə sığmır xatirələr. Bənövşə ətrinə dönür. Şagird etirafından sonra müəllimin gözündə işıq yanır. Şagird uşaqlığına, müəllim gəncliyinə qayıdır. O qədər danışmalı söz var ki, gərək hamısını “Qum saatı”na sığışdırasan. 
-Arada dəcəlliyinizi müəllim tumarı ilə cəzalandırdığım da olub, yadındadırmı Elçin?!
Verilişə dəvət olunan bir gənc müəllimə şagirdə fiziki cəza verilməsi ilə barışmır, fikrini bildirir. “Qum saatı” nın qütbləri ayrılır. 
Haşiyə: Deyim ki, “Qum saatı”nda qoyulan problemlərə, məsələlərə həmişə müxtəlif baxışlar, nöqteyi-nəzərlər olur, sonradan orta məxrəcə gəlin. 
Verilişin aparıcısı isə bu tənbehi müəllimin şagird sevgisi ilə əlaqələndirir. Bizi valideynimiz kimi istədiyinizdən idi verdiyiniz qulaqburması... Sonra əlavə edir:
– İndi o qədər qulaqburması gecikdirilən gənc var ki, cəmiyyətə də, ailəyə də ağır yük olublar...
Elçinin Sabir müəllimlə söhbəti maraqlı, pedaqoji dialoqa dönür. Həyatın yaşanmış səhifələri varaqlanır. Verilişin aparıcısı fürsət tapıb orta məktəb müəllimlərinin adını çəkir. Onlara salam göndərir. 
Ekranda öz dövründə məktəb və sovxoz direktoru, kənd sovetinin sədri işləmiş, ömrünün ən qiymətli anlarını gənc nəslin təlim-tərbiyəsi işinə sərf eləmiş digər bir müəllimin də həyatı görünür. O, Elçinin müəllimi, atası Təvəkkül Məmiyevdir. Onun barəsində Az TV-nin sifarişi ilə çəkdiyi xatirə filmindən fraqmentdə də Qasımlının və Yeddioymağın tanınmış müəllimlərini görürük. Onların içərisində dünyasını dəyişənlər də var, yaşayanlar da!
Veriliş zamanı Masallı müəllimlərinin obrazı yaranır. 
Bu sujetdə də müəllimlərə şagird məhəbbəti ifadə olunur. Müəllif kimi yazdığım “Görüş də insan ömrüdür” kitabımdakı “Təvəkkül müəllimin dərsləri” bölməsinin nümayiş etdirilməsi də Elçinin müəllimi kimi mənim hədiyyəm olur. 
 ***
Bəlkə elə müəllim ömrü də qum saatıdır. Çünki ömür, vaxt əlimizdən qum saatı kimi uçur. Ancaq bu “Qum saatı” böyük mətləbləri öz məqamında çatdıra bilirdi, müəllim ömrü kimi.
 
 Rəsul RZAYEV .
 
 
 
 
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад