Главная > Təhsil > Şəhid Bəyalı Məmmədovun xatirəsi anılıb

Şəhid Bəyalı Məmmədovun xatirəsi anılıb


16-12-2017, 15:25. Разместил: yeni321
 
 
Şəhid Bəyalı Məmmədovun xatirəsi anılıb

Böyük Xocavar tam orta məktəbində

14 dekabr 2017-ci il tarixdə Böyük Xocavarlı şəhid Bəyalı Məmmədovun adını daşıyan məktəbdə onun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. 
Tədbirdə giriş sözü ilə çıxış edən şəhid Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov Bəyalı Məmmədovun Vətən uğrunda şücaətlərindən danışaraq, onun qısa ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qeyd edilib ki, Böyük Xocavar kəndi mənfur düşmənlə döyüşlərdə beş şəhid verib.
Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirmişlər.
Masallı rayonunda çıxan həftəlik "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev, SHXÇDX Masallı Rayon Şöbəsinin rəis müavini mayor Asif Əhədov, RTŞ-nin metodisti Əyyar Burhanov, Masallı RİH Başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hörmət Balakişiyev, şəhidin qardaşı Vüsal Məmmədov, din müəllimi Ənsar İsmayılov, şəhid Aqil Məlikovun atası Qismət Məlikov və başqaları şəhid Bəyalı İlyas oğlu Məmmədovun döyüş yolundan danışıblar.
Sonra məktəblilərin ifasında şəhidin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Anım tədbiri şəhidin uyuduğu kənd qəbiristanlığında davam edib. Burada Bəyalı Məmmədovun məzarı üstə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.


  "YENİ HƏYAT",

 www. Yeniheyet.az.


шаблоны для dle 11.2
Вернуться назад