Главная > Təhsil > Masallıda yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirilib
Masallıda yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirilib28-09-2021, 20:30. Разместил: yeni321 |
Masallıda yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirilib Sentyabrın 28-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni tədris ilinin başlanması ilə əlaqədar bu sahədə çalışan pedaqoji kollektivlərlə videokonfrans keçirib. Konfransda Masallı Rayon Təhsil Şöbəsi və əməkdaşları, umumtəhsil məktəblərinin direktorları, müavinləri və digər məsul şəxslər iştirak ediblər. Videokonfransı açan rayon rəhbəri əvvəlcə yeni dərs ilinin başlanması münasibəti ilə konfrans iştirakçılarını təbrik edib, onlara sağlamlıq və yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı geniş nitqində bildirib ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi aparılan qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda qonşu ölkələrlə müqayisədə itkilər az olmuşdur. Əhalinin sağlamlığı, sosial durumu daim diqqət mərkəzində saxlanılmışdır. Masallıda da bu sahədə gerilik olmamış, camaat peyvəndləmə prosesində fəallıq göstərmişlər. RİH başçısı ağxalatlı insanlarla bərabər fəal pedaqoqlara da öz təşəkkürünü bildirib. Ş.Məmmədov qeyd edib ki, gərgin iş rejimində işləyən müəllimlərlə bərabər vaksin olunmayan müəllimlər də vardır. Əfsuslar olsun ki, həmin 13 masallılı müəllim Yeni Zuvand, Ərkivan qəsəbə, Masallı şəhər 1 və 3 nömrəli, Köhnə Alvadı, Bala Kolatan, Yolağac, Dəlləkoba kənd orta məktəblərində çalışan, peyvənd olunmayan müəllimlərdir. Rayon rəhbəri RTŞ-nin müdirinə həmin müəllimlər haqqında ciddi iradını bildirib. Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı bu il məktəblər ikinci mərhələdə, sentyabrın 29-da başlanacaq. Sonra icra başçısı yüksək bal toplayan məzunların hər birini təbrik edib, onlara öz tövsiyələrini verib, rayonun müxtəlif məktəblərini əla qiymətlərlə başa vuran tələbələri bir daha təbrik etdi. Videokonfransda nöqsanlara yol vermiş Hacıtəpə, Xıl, Tüklə, Öncəqala, Qızılağac 2 nömrəli, Təzə Alvadı 2 nömrəli, Yeddioymaq və başqa məktəblərin direktor, müavin və müəllimləri yeni dərs ilində yaxşı işləyəcəklərinə söz veriblər. İclasda RTŞ-nin müdiri Tariyel Əkbərov görülmüş işlərdən və yeni dərs ilində qarşıda duran mühüm vəzifələrdən danışıb. O, tədris müəssisələrinin yeni dərs ilinə hazır olduğunu bildirib. Vidomüşavirəni yekunlaşdıran rayon rəhbəri rayonda dah çox, yüksək nəticələr - 600 və daha çox qiymət balı əldə edən Masallı 5 nömrəli, Mahmudavar, Köçəkli, Böyük Xocavar məktəblərinin məzunlarını və müəllimləri təbrik edərək, yeni dərs ilində, tələbəlik həyatında onlara uğurlar arzulayıb. www.yeniheyet.az Вернуться назад |