Главная > Təhsil > Masallı məzunları Prezident təqaüdünə layiq görülüb

Masallı məzunları Prezident təqaüdünə layiq görülüb


30-09-2021, 14:59. Разместил: yeni321

 Masallı məzunları Prezident təqaüdünə layiq görülüb 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 sentyabr tarixli Sərəncamı ilə təltif olunanlar arasında Masallı rayonunun ümumtəhsil məktəblərinin iki məzunu Nəzrin Elçin qızı Həmzalı və Kamran Teymur oğlu Mustafayevin də adı var.
Qeyd edək ki, Nəzrin Elçin qızı Həmzalı IV ixtisas qrupu üzrə 678,7 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakultəsinə (müalicə işi), Kamran Teymur oğlu Mustafayev isə II ixtisas qrupu üzrə 670,7 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi fakultəsinə (İngilis dilində) daxil olmuşdur.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад