Главная > Təhsil > Masallıda bir qrup müəllimə Fəxri fərmanlar təqdim olunub

Masallıda bir qrup müəllimə Fəxri fərmanlar təqdim olunub


9-10-2021, 18:34. Разместил: yeni321
Masallıda bir qrup müəllimə Fəxri fərmanlar təqdim olunub 

Masallı Rayon İcra Hakimiyyətinin böyük iclas zalında mövcud karantin qaydaları gözlənilməklə rayon ümumtəhsil məktəblərində və Masallı Dövlət Regional Kollecində çalışan müəllimlərlə görüş keçirilib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilk öncə pedaqoji cəbhənin adamlarını salamlayıb, onları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir daha təbrik edərək, müəllimlərin cəmiyyətdəki rolundan geniş söhbət açıb:”Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan təhsilini, müəllimin zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirirdi və deyirdi: «Təhsil millətin gələcəyidir».” Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərindən, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən danışan icra başçısı Masallıda müxtəlif ümumtəhsil məktəblərində və Kollecdə çalışan nümunəvi və fəal müəllimlərin əməyni qeyd edərək yeni dərs ilində hər bir müəllimə uğurlar arzulayıb:”Bu gün dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. 2021-ci ildə ali rayonda ali məktəblərə qəbul sayının artıb 600 nəfər olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğının günü-gündən daha da artırılmasından irəli gəlir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da inkişaf yüksək səviyyədə gedir. Ölkə rəhbərinin gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir.»
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Beynəlxalq Müəllimlər Günü münasibətilə, eləcə də təhsilin inkişafındakı xidmətlərinə 27 qabaqcıl və Vətən müharibəsi iştirakçısı olan müəllimlərə Fəxri fərmanlar təqdim edib.
Yekunda RİH başçısı Ş.Məmmədov bir daha fəal təhsil işçilərinə daim mübariz və vətənpərvər övladlar yetişdirməyi arzulayıb.
Görüşün sonunda müəllimlərlə xatirə şəkli çəkilib.





 
www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад