Главная > Təhsil > "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti"
"Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti"11-10-2021, 17:43. Разместил: yeni321 |
![]() Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün” Fəaliyyət Planına uyğun olaraq Masallı şəhəri Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbində "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti" mövzusunda seminar keçirilib. Pandemiya qaydaları gözləməklə təşkil olunan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Süleyman Abıyev, şəhər 4 nömrəli tam orta məktəbin direktor müavini Rahib Məmmədov, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. ![]() Həmçinin şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyəti vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. www.yeniheyet.az Вернуться назад |