Главная > Təhsil / İdman > Masallıda məktəblilər arasında keçirilən mini futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallıda məktəblilər arasında keçirilən mini futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb


14-10-2021, 18:00. Разместил: yeni321
Masallıda məktəblilər arasında keçirilən mini futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
 
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Viləş” mini futbol meydançasında torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş məktəblər arasında mini futbol üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirləri nəzərə alınmaqla təşkil olunan mükafatlandırma mərasimində rayon gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov və UGİŞM-nin direktoru Əlifağa Yaqubov çıxış edərək birinciliyin qaliblərini təbrik edib, məktəbli idmançılara növbəti yarışlarda uğurlar arzulayıblar.
Qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад