Главная > Təhsil > Masallıda yeniyetmələr arasında bilik yarışması keçirilib

Masallıda yeniyetmələr arasında bilik yarışması keçirilib


15-10-2021, 16:50. Разместил: yeni321
“Xəmsə” milli intellektual oyunu üzrə rayon seçim turu 

Oktyabrın 15-də Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan yarışmada rayonun tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri biliklərini sınayıblar.
Yarışın yekun nəticəsinə əsasən Masallı şəhər 3 saylı tam orta məktəbinin komandası birinci, Bala Kolatan kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. “Dəfinə” məktəb-liseyinin komandası isə fərqlənmə diplomu ilə mükafatlandırılıb.
Qalib komandalara təşkilat komitəsinin diplomları təqdim edilib.
 
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад