Главная > Təhsil > Masallıda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallıda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb


20-10-2021, 13:07. Разместил: yeni321
Masallıda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunan X-XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinə yekun vurulub.
Müsabiqənin yekun nəticəsinə əsasən şəhər 5 saylı tam orta məktəbinin X sinif şagirdi Nuray Məmmədli birinci, Bədəlan kənd tam orta məktəbinin XI sinif şagirdi Aləm Cəfərzadə ikinci, şəhər 5 saylı tam orta məktəbinin XI sinif şagirdi Zəhra Bəşirova üçüncü yerə layiq görülüblər. Fərqləndiyinə görə Hişkədərə kənd tam orta məktəbinin şagirdi Nisəxanım Əliyeva diplomla təltif edilib.
Müsabiqə qalibləri Masallı Gənclər Evi tərəfindən diplomlarla mükafatladırılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад