Главная > Təhsil / İdman > Masallıda məktəblilər arasında mini futbol birinciliyinin qalibləri müəyyənləşib

Masallıda məktəblilər arasında mini futbol birinciliyinin qalibləri müəyyənləşib


2-11-2021, 19:17. Разместил: yeni321
Məktəblilər arasında rayon birinciliyi

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Zəfər Günü”nə həsr olunmuş məktəblilər arasında mini futbol birinciliyinə yekun vurulub.
Yeniheyet.az xəbər verir ki, iki gün (1-2 noyabr) davam edən birincilikdə 10 komanda iştirak edib.
“Viləş” mini futbol meydançasında təşkil olunan yarışların son nəticəsinə əsasən Masallı UGİŞM birinci, Ərkivan məktəbliləri ikinci, Şərəfə komandası isə üçüncü yerə sahib olub.
Qalib komandaların üzvləri təşkilat komitəsinin diplomları ilə mükafatlanıb.


 

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад