Главная > Təhsil > Masallıda “Zəfər Günü” münasibətilə tədbirlər keçirilir
Masallıda “Zəfər Günü” münasibətilə tədbirlər keçirilir3-11-2021, 19:20. Разместил: yeni321 |
![]() Masallı rayonunun təhsil müəssisələrində “Zəfər Günü” münasibəti ilə silsilə tədbirlər keçirilir. ![]() ![]() Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan igidlərimizin məzarları ziyarət olunur. ![]() Çıxışlarda 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin müzəffər Ali Baş Komandanımız İlham Əliyevin daxili və xarici siyasəti, yenilməz ordumuzun və şəhidlərimizin canı bahasına başa gəldiyi diqqətə çatdırılır, ![]() Tədbirlərə dəvət edilən Vətən müharibəsinin iştirakçıları keçdikləri şanlı döyüş yollarından məktəblilərə bəhs edirlər. ![]() ![]() Bundan əlavə tədris müssisələrində "Zəfər tarixi" mövzusunda monitorinqlər keçirilir, "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində siniflərin adlarını daşıdıqları qəhrəmanlar barədə şagirdlərə daha müfəssəl məlumat verilir. ![]() ![]() Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |