Главная > Təhsil / Səhiyyə > Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” marafonu

Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” marafonu


11-11-2021, 17:48. Разместил: yeni321
Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu davam edir

Noyabrın 11-də Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - xoşbəxt gələcək” adlı maarifləndirmə marafonu davam edir.
 Növbəti ünvan Masallı şəhər 6 nömrəli və Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbləri olub.
Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.
Yeniheyet.az xəbər verir ki, klinikanın əməkdaşları – həkim-fizioterapevt Günel Nəsibova, həkim-pediatr Əsli Kalbalıyeva, klinik psixoloq Nigar Pənalıyeva valideynlərə və müəllimlərə “Onurğa əyriliyi və onun yaranma səbəbləri”, “Kəskin respirator virus infeksiyaları ilə mübarizə” və “Məktəbli şəxsiyyətinin psixologiyası” mövzularında təqdimatlar ediblər.
İnteraktiv formatda keçən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır” şüarı ilə baş tutan marafonun ilk ünvanı Masallı şəhər 3 nömrəli tam orta məktəbi olub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад