Главная > Təhsil > Masallı məktəblisi “Zəfər yolu” müsabiqəsinin mükafatçısıdır

Masallı məktəblisi “Zəfər yolu” müsabiqəsinin mükafatçısıdır


19-11-2021, 16:50. Разместил: yeni321
 Masallı məktəblisi “Zəfər yolu” müsabiqəsinin mükafatçısıdır

Noyabrın 19-da Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrinin VIII- XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və başqaları çıxış edərək şanlı qələbəmizin ildönümü münasibətilə təşkil edilmiş müsabiqənin qaliblərini təbrik ediblər.
Sevindirici haldır ki, qaliblər sırasında Masallı məktəblisi də var.
Bədəlan kənd tam orta məktəbinin XI sinif şagirdi Şahbazzadə İlqarə Mahir qızı 44 günlük Vətən müharibəsinə, Zəfər tariximizə həsr olunmuş Ümumrespublika inşa müsabiqəsinin nəticələrinə əsasən üçüncü yerə layiq görülüb, diplom və həddiyə ilə təltif olunub
 
Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад