Главная > Təhsil > Masallı məktəbliləri STEAM Azerbaijan Festivalında

Masallı məktəbliləri STEAM Azerbaijan Festivalında


3-12-2021, 20:13. Разместил: yeni321
 

Masallı məktəbliləri STEAM Azerbaijan Festivalında 


Azərbaycan Respublikası Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə olaraq 9-10 dekabr 2021-ci il tarixlərdə Baku Expo Mərkəzində keçiriləcək SAF 2021 (STEAM Azerbaijan Festival) festivalının final turuna Masallı rayonunun Banbaşı kənd C.Qasımov adına tam orta məktəbinin VI sinif şagirdləri Əzizov Tərlan Rizvan oğlu, Əzizov Barış Rövşən oğlu və VII sinif şagirdləri İsrafilov Əhməd Kahin oğlu, Ağayev Yadulla Eldar oğlu 3D CAD kateqoriyası ilə qatılmışlar.
Qeyd edək ki, STEAM Azərbaycan Festivalında 10 kateqoriya üzrə yarışlar təşkil olunacaq. Yarışların keçirilməsində əsas məqsəd keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaratmaqdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад