Главная > Təhsil > “Ən yaxşı müəllim” nominasiyasının qalibi Masallıdandır

“Ən yaxşı müəllim” nominasiyasının qalibi Masallıdandır


5-12-2021, 15:34. Разместил: yeni321
Ən yaxşı xarici dil müəllimi Masallı rayonunun Şərəfə kənd tam orta məktəbindədir
 
Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Xarici Dillər Universitetinin birgə təşəbbüsü ilə ölkəmizdə xarici dil üzrə “Ən yaxşı xarici dil müəllimi”, “Xarici dili ən yaxşı tədris edən məktəb”, “Xarici dildə ən yaxşı nəticə göstərən şagird” nominasiyası üzrə müsabiqə keçirilib.
Masallı rayonunun Şərəfə kənd tam orta məktəbinin xarici dil müəllimi Naidə Şakir qızı Məmmədova “Ən yaxşı müəllim” nominasiyası üzrə qalib olub. Həm də maraqlı cəhət odur ki, Naidə Məmmədovanın iki şagirdi də həmin nominasiyanın qalibləri arasında yer tutub.
Yeniheyet.az xəbər verir ki, Naidə Məmmədova “Qabaqcıl təhsil işçisi” və Azərbaycan Respublikasının Prezidentinin mükafatçısıdır. O, 2011-ci ildə ölkə miqyasında “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi, 2019-cu ildə Türkiyədə Xalqlararası Türk Dünyasının “Sosial bilimlər və Tədris bilimləri” Konqresində “Yeni təlim strategiyaları müasir paradiqmlər kontekstində” layihəsi ilə Dədə Qorqud mükafatının sahibi olub.
Bakı şəhərində qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros və APFAZ-ın prezidenti Gülbəniz Camalova Naidə Məmmədovaya mükafatı təqdim edərək, ona gələcək pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıblar.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад