Главная > Təhsil > Masallı məktəbliləri respublika üzrə ikinci yerə layiq görülüb

Masallı məktəbliləri respublika üzrə ikinci yerə layiq görülüb


11-12-2021, 11:41. Разместил: yeni321
 

Masallı məktəbliləri respublika üzrə ikinci yerə layiq görülüb

 
Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.Respublika üzrə 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
Yeniheyet.az xəbər verir ki, yarışda Masallı rayon Banbaşı kənd C.Qasımov adına tam orta məktəbin VI sinif şagirdləri Əzizov Tərlan Rizvan oğlu, Əzizov Barış Rövşən oğlu və və layihə rəhbəri məktəbin informatika müəllimi Fidan Abdullayeva 3D CAD kateqoriyası ilə Respublika üzrə II yerə layiq görülüb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад