Главная > Təhsil > Masallıda “Qan yaddaşımız” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Masallıda “Qan yaddaşımız” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib


19-01-2022, 13:30. Разместил: yeni321
Masallıda “Qan yaddaşımız” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və təhsil şöbəsinin  birgə    təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda məktəblilər (IX -XI sinif  şagirdləri) arasında inşa-yazı  müsabiqəsi keçirilib.
          Əvvəlcə 20 yanvar və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
           Bildirilib ki,  müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.
Yeniheyet.az xəbər verir ki, müsabiqənin yekun nəticələrinə əsasən Masallı şəhər İ.Əsgərli adına 3 saylı tam orta məktəbin IX sinif şagirdi Ləman Səfərova birinci, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Ayşən Əliyeva ikinci, Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Əzizə İsmayılova  üçüncü yerə layiq görülüb.
Masallı şəhər R.Cəfərov adına 6 saylı tam orta məktəbin IX sinif şagirdi Zəhra Cabbarova isə fərqlənmə diplomu ilə mükafatlanıb.
         Müsabiqənin  qaliblərinə rayon  gənclər və idman idarəsinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin diplomları təqdim olunub.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад