Главная > Təhsil > Masallının təhsil müəssisələrində 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
Masallının təhsil müəssisələrində 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib20-01-2022, 11:45. Разместил: yeni321 |
Masallının təhsil müəssisələrində 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Masallı rayonunun ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Yeniheyet.az xəbər verir ki, tədbirlər zamanı qeyd edilib ki, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Sovet ordusunun döyüş hissələri Bakıya yeridilmiş və bu da geniş xalq kütlələrinə qarşı Azərbaycanda misli görünməmiş faciə ilə nəticələnmişdir. Həmin faciəli günlərdə ölkəmizin və xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsi cinayətkar o vaxtkı imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Həmçinin bildirilib ki, 20 yanvar faciəsi zamanı 147 insan öldürülmüş, 744 nəfər ağır xəsarətlər almış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmiş, 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılmışdır. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayacaq və heç vaxt unutmayacaqdır. Eyni zamanda 20 yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsində Ulu öndər Heydər Əliyevin rolu xüsusilə vurğulanıb. Tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində 20 yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilib, şagirdlər tərəfindən foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar təşkil edilib. www.yeniheyet.az Вернуться назад |