Главная > Təhsil > Masallıda Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib

Masallıda Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib


22-01-2022, 19:00. Разместил: yeni321
Masallıda Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib
 
Yanvarın 22-də Masallı şəhər 3 saylı tam orta məktəbində Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirilib.
Ümumilikdə 30.000-dən çox şagirdin qatıldığı Respublika Fənn Olimpiadaları IX, X, XI siniflər və xüsusi istedadı ilə seçilən VIIIi sinif şagirləri arasında 8 fənn (riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrədir.
Masallı Rayon Təhsil Şöbəsindən “Yeniheyet.az”-a verilən məlumata əsasən Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və bu yönümdə marağın artırılmasından ibarətdir.
 İnformatika fənni üzrə RFO rayon (şəhər) mərhələsi onlayn təşkil olunur.
Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytları və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələri vasitəsilə 30 yanvar 2022-ci il tarixindən etibarən elan olunacaq.
  
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад