Главная > Təhsil > Üçüncü minilliyin astanasının yeni epoxasında milli təhsilin Masallı təmsilli rəmzi

Üçüncü minilliyin astanasının yeni epoxasında milli təhsilin Masallı təmsilli rəmzi


25-01-2022, 14:26. Разместил: admin44
Hər sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı ləyaqətindədir. Bu baxımdan ta qədimdən müəllimlik – tərbiyəçilik dünyadakı sənətlərin ən əfsərlisidir. Məgər bu dünyadakı mövcudatın əşrəfi  sayılan  insan kamilliyə  çatdırmaq məqsədini güdən müəllimlik sənəti məhz bu seçilməyə, bu ada layiq deyilmi?
Məhz bu baxımdan Şərqdə ilk müsəlman Demokratik Azərbaycan Respublikasının Yeni dövrünün memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev demişdir: -“Mən həyatım boyu bütün varlığımla müəllimlərimə borcluyam”.
Müstəqilliyimizi bərpa etdikdən sonra qarşıda duran ən vacib məsələlərdən biri milli təhsilimizin istiqamətini inkişaf etmiş ölkələrə tərəf yönəltmək idi.
Məlumdur ki, təhsil ictimai prosesdir və o hər bir cəmiyyətdə insanların maraqlarının təminatına xidmət edir. Sürətlə dəyişən və daha çox qloballaşan dünyamızda bəşəriyyət üçün tamamilə yeni olan problemlər yaranmışdır: sosial apatiya və təcavüz artmış, növbənöv epidemiyalar yayılmış, narkomaniya və cinayətkarlıq geniş vüsət almış, nəhayət terrorizm və dünyaya hazırda meydan oxuyan “Covid –19”   əsl bəlaya çevrilmişdir.
Dəyişkən dövrün tələblərini nəzərə alsaq, uşaqların elmi biliklərə yiyələnməsində müəyyən çətinliklərin meydana çıxmasını qəbul etməliyik.
Pedaqoqika sahəsində çox böyük “kəşflər” edilmişdir. Uşaq psixologiyasına bələd olanlar bunların da müasir dövrdə kifayət etmədiyini yaxşı bilirlər.
Ulu Öndər Heydər Əliyev demişdir: “Məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq olar.
Belə mürəkkəb tarixi şəraitdə ölkəmizdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gələcək nəslin (Homo inteqres) formalaşdırılmasını güdən, müasir təhsil sisteminin bünövrəsi qoyuldu. Bundan sonra Milli Təhsil konsepsiyasına – kurikuluma start verilmişdir. Bu sistem hətta azyaşlı uşaqların komputerlə, internetlə davranışını tələb edir. Belə şəraitdə müəllimlərin üzərinə çox ağır vəzifə düşdü. Onlar həm özləri yeni proqramı dərindən mənimsəməli, həm də öyrəndiklərini uğurla tədris etməli oldular.
Bu məqamda intizamın xüsusi rolu özünü göstərdi. Çünki uşaqların heç də hamısı oxumağa, öyrənməyə meyilli olmur, ona görə bu işdə əsas simalardan biri olan müəllim (öyrədən) fəal interaktiv texnologiyasından istifadə etməli oldu.
Bu təlimin mahiyyəti 4 psixoloji anı əhatə edir.
1. Problemli vəziyyətin yaradılması
2. Dialoq və əməkdaşlığın zəruriliyi
3. Şagird-tədqiqatçı, müəllim-bələdçi
4.Psixoloji dəstək: hörmət və etibar.
Fəal interaktiv təlimin üstünlüyü şagirdlərdə biliklərə yiyələnmək həvəsinin oyadılmasıdır. Bu metod şagirdlərin passivliyini aradan qaldırır, onların təfəkkür xüsusiyyətlərini, yaradıcılığını formalaşdırır və təlimin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
BMT-nin XXI əsri “Təhsil əsri” elan etməsi rəqabətin yaşamaq uğrunda mübarizənin getdikcə böyük vüsət aldığı müasir dünyada irəli gəlir. Keyfiyyətli, səmərəli və davamlı təhsilə hazırki dövrün ən aktual məsələsi olaraq baxılır.
Azərbaycanın böyük oğlu  Heydər Əliyevin siyasi kursunun varisi, hazırda dünyanın aparıcı siyası elitasını belə heyrətə gətirən Prezidentimiz cənab İlham Əliyev Ümummilli Liderimizin bizə əmanət qoyduğu Yeni Milli Təhsil Kosepsiyasını inkişaf etdirdi. O, demişdir: “Hər bir ölkənin inkişafını ... onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Ölkələr vardır ki, orada təbii sərvətlər yoxdur. Ancaq o ölkələr dünyada ən inkişaf etmiş ölkələrdir. Biz də bu yolu getməliyik”.
 “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”dünya təhsil sisteminin əsas prinsiplərini demokratikləşdirmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya və humanitarlaşdırmanı özündə ehtiva edir.
Hazırda Milli təhsilimiz özünün tarixi inkişaf yolunun növbəti mərhələlərindədir. Belə bir şəraitdə Heydər Əliyev fondunun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da müstəsna zəhməti vardır. O, demişdir: “Bu gün biz elə bir təhsil sistemi qurmalıyıq ki, müasir dünyada layiqli yaşamağa qadir olan, humanizm və sülh ideyalarına sadiq olan vətəndaş tərbiyə edə bilək”.
Yeni təhsil konsepsiyasında Milli Kurikulumda ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşması, informasiya, kommunukasiya texnologiyasının rolunun artması nəzərə alınmış və onların hamısı gənc nəslin formalaşdırılmasına yönəlmişdir. Burada aşağıdakı ümumi prinsiplərə istinad edilmişdir: milli və ümumbəşəri dəyərlərin, ümumi inkişaf, meyl və maraqlar nəzərə alınmaqla bütün şagirdlərə əlverişli şəraitin yaradılması, tələbəyönümlük, nəticəyönümlük, şagirdyönümlük və inteqrativlik.
Şəxsi müşahidələrimə əsaslanaraq istər xarici ölkələrdə mötəbər məktəbəqədər (elmi tədqiqat, xüsusi və adi), istər ölkədaxili məktəblərdə tam əminliklə deyə bilərəm ki, uşaqlar oxumağa hazırdırlar, ona görə ki, onlar daxilən biliyə ehtiyac duyurlar. Bəzilərində bu ehtiyac irsən, digərlərində onu formalaşdırmaq lazımdır.
Bəşər tarixində ən kamil montest din hazırda sayılan Məhəmməd (s) peyğəmbərin yaratdığı İslam dininin müqəddəs kitabında “Qurani-Kərim”də deyilir: “Valideynin öz övladına verə biləcəyi ən böyük sərvət onun verdiyi yaxşı tərbiyə və yaxşı savaddır”.
Dünya şöhrətli alim, filosof, pedaqoq və psixoloq Nəsrəddin Tusi yazır: “Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq, anlatmaq yolu ilə.
İlk növbədə uşağın təbiətinə, nəyə qadir olduğuna nəzər yetirmək, ağıl-fərasətinə fikir vermək, müşahidə nəticəsində onun hansı sənətə və elmə çox meyilli olduğunu müəyyənləşdimək, sonra isə həmin işlə məşğulluğunu təmin etmək vacibdir...
Milli Təhsil Konsepsiyasının tələblərinin yükü və hazırda dünyada baş alıb bəşəriyyəti dəhşətə gətirən bəlanın (epidemiyanın, Covid –19), eyni zamanda Vətən müharibəsinin ağırlığı ilkn növbədə müəllimlərin üzərinə düşür. Buna görə də müəllimlər üzərimizdə daha çox çalışmalı, müasir təlim metodlarına dərindən yiyələnərək yeni formatda yanaşmalıyıq.



Rəvvaq Qurbanov,
R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin psixoloqu.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад