Главная > Təhsil > Masallı Rayon Təhsil Şöbəsinin növbəti iclası keçirilib
Masallı Rayon Təhsil Şöbəsinin növbəti iclası keçirilib4-02-2022, 09:22. Разместил: admin44 |
MASALLI TƏHSİLİNDƏ QAZANILAN UĞURLAR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB İclası giriş sözü ilə açan Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov 2021-2022-ci tədris ilinin I yarımilinin yekunları barədə məlumat verib. Qeyd edib ki, tədris ilinin birinci yarımilliyində nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmiş, Təhsil Nazirliyinin əmr və tapşırıqlarına icra edilib. Məktəblər pandemiya qaydalarına uyğun hazırlanmış, dezinfeksiya vasitələri ilə təmin olunmuş, tədris və təlim-tərbiyə prosesi xüsusi karantin qaydalarına uyğun təşkil edilmişdir. Təhsil işçilərinin vaksinasiya prosesinə cəlb olunması işləri aparılmış və bu tədbirlər hazırda davam etdirilir. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, RTŞ-in müdiri Tariyel Əkbərov məktəblərdə neqativ hallara qarşı mübarizə tədbirlərindən danışdı və məktəblərdə yaranmış vakant texniki işçi yerlərinə şəhid və qazi ailələrindən olanlara üstünlük verilməsini tapşırdı. RTŞ-nin böyük məsləhətçisi Qoşqar Hətəmov Təhsil Nazirliyinin 31 yanvar 2022-ci il tarixli F-43 nömrəli əmri barədə məlumat verib bildirdi ki, Təhsil Nazirliyinin F-450 nömrəli əmrində nəzərdə tutulmuş tədbirlərin icrası tədris ili ərzində davam etdiriləcəkdir. www.yeniheyet.az Вернуться назад |