Главная > Təhsil / Manşet > “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu Dəmirçi məktəbində

“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu Dəmirçi məktəbində


4-02-2022, 11:24. Разместил: admin44

Masallıda “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonu uğurla davam etdirilir.

Masallı Bioloji Təbabət Klinikasında start verilən “Sağlam məktəbli - Xoşbəxt gələcək” adlı maarifləndirmə tədbiri Masallı rayonunun Dıəmirçi kənd ümumi orta məktəbində keçirilib.

Görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının gerçəkləşdirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib, onlara klinikanın hazırladığı bukletlər təqdim edilib.

Klinikanın əməkdaşı, klinik-psixoloq Nigar Pənalıyeva uşaqlarda olan psixoloji problemlər, pediatr həkim Əsli Kalbalıyeva uşaqlarda olan qurd xəstəliyi və digər yoluxucu xəstəlikləri, fizioterapevt həkim Günel Nəsibova uşaqlarda qamət pozuntuları (onurğa əyrilikləri) və loqoped həkim Sevinc Tahirova uşaqlarda rast gəlinən nitq qüsurları haqqında valideynləri məlumatlandırıblar.

İnteraktiv formatda keçirilən görüşdə valideynləri və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov tədbir keçirilən Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbindən xəbər verir ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun həyata keçirilməsində əsas məqsəd valideynləri müxtəlif mövzularda məlumatlandıraraq onların sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.

Qeyd edək ki, maarifləndirmə marafonunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsi planlaşdırılır.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад