Главная > Təhsil > Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir


16-02-2022, 09:20. Разместил: admin44


2022/2023-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.


Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb.


Müsabiqədə iştirak etmək istəyən abituriyentlər fevralın 16-dan 24-dək tələb olunan sənədləri info@dim.gov.az ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.


Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;

3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5. Əlaqə məlumatları.


Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2022-ci il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.


DİM qeydiyyatdan keçmiş və sənədləri qəbul edilmiş abituriyentlərin nəzərinə çatdırır ki, onların buraxılış imtahanı (əvvəlki illərin məzunları üçün qəbul imtahanının 1-ci mərhələsi) 2022-ci il mart ayının 5-də və ya 6-da keçiriləcək.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Test imtahanının nəticələri elan olunduqdan sonra DİM tərəfindən onlayn müsahibə keçiriləcək (tarixi barədə məlumat veriləcək). Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.


Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edə bilərlər.


Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.


İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. Bu mərhələnin imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb ediləcək:


1.Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

2. Milli pasportun surəti;

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 8 ədəd fotoşəkil;

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;

8. VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.




www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад