Главная > Təhsil > Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa-yazı müsabiqəsi

Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa-yazı müsabiqəsi


23-02-2022, 18:37. Разместил: admin44

Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.
23 fevral 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilmişdir

Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub. 30 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən gənclərin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Əkbər Balaşoğlu çixış edərək Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıqrəmzinə çevrilib. Dinc əhalinin kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin ən dəhşətli faciəsi kimi yaddaşlara əbədi olaraq qalmışdır.

İnşa-yazı müsabiqəsinin sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
Beləliklə, Masallı şəhər 2 saylı N.Nərimanov adına tam orta məktəbin IX sinif şagirdi Məcidov Taryel Özbək oğlu, birinci yerə, Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbin IX sinif şagirdi İsmayılova Əzizə Əzizəli qızı ikinci yerə, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Eynullayeva Röya Cəsayir qızı üçüncü yerə layiq görülmüşlər.Masallı şəhər 4 saylı S.Tağıyev adına tam orta məktəbin IX sinif şagirdi Xanım Hüseynova fərqləndiyinə görə diplomla təltif olunmuşdur

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Masallı rayon Gənclər və İdman idarəsi və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən diplomla təltif olunmuşlar.






www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад