Главная > Təhsil > Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət

Xocalı soyqırımı - insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət


25-02-2022, 16:48. Разместил: admin44

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri baş tutub.

Əvvəlcə faciə qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi yad olunub.

Giriş sözü ilə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu deyib. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan rektor bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - Xocalı soyqırımı və Milli Matəm Günü elan olunub.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov və Təlim-tərbiyə işləri üzrə prorektor Aidə Qasımova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsini hər bir soydaşımız üçün nümunə olmasını dilə gətiriblər.

Həmçinin Mühəndislik fakültəsinin professor-müəllim heyətindən nümayəndələr çıxışlar edərək dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunların Xocalı faciəsi kimi soyqırımları pislədiyini qeyd ediblər.

Sonda fakültə tələbələrinin poetik kompozisiyaları və Xocalı faciəsinə həsr olunan video çarx nümayiş olunub.





www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад