Главная > Təhsil > Gəncə Dövlət Universitetində Beynəlxalq Qadınlar Günü qeyd olunub

Gəncə Dövlət Universitetində Beynəlxalq Qadınlar Günü qeyd olunub


7-03-2022, 21:25. Разместил: admin44

Gəncə Dövlət Universitetinin (GDU) ikinci tədris korpusunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və Azad Həmkarlar İttifaqı komitəsinin sədri Afaq Qasımova, Pedaqoji fakültənin dekanı Bayram Apoyev qadınlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Qadınlar doğma torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxtlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Sonra universitetin ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup qadın əməkdaşa Fəxri fərman və mükafatlar təqdim olunub.
Tədbirin sonunda tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад