Главная > Təhsil > ADAU-da növbəti seminar Figen Zihnioğlu tərəfindən keçilib

ADAU-da növbəti seminar Figen Zihnioğlu tərəfindən keçilib


10-03-2022, 16:29. Разместил: admin44

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.

Növbəti seminar Ege Universitetinin professoru Figen Zihnioğlu tərəfindən “Proteomik yaklaşımlar: Pandemide bir araştırma hikayesi” mövzusunda təşkil olunub.

Seminarda Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад