Главная > Təhsil > “Azərbaycanda Demokratik dövlət quruculuğu” mövzusunda tədbir

“Azərbaycanda Demokratik dövlət quruculuğu” mövzusunda tədbir


12-03-2022, 18:38. Разместил: admin44

Martın 11-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Demokratik dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.

Masallı şəhər 3 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla anmaqla başlayıb.
Tədbirdə mühazirə ilə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərindən, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə verdiyi misilsiz töhfələrindən bəhs edib. Bildirib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Mühazirənin davamında G. Vəkilzadə Ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində xalqı səfərbər etməyə nail olmuş Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında dövlət quruculuğu istiqamətində yeni dövrlə səsləşən çoxşaxəli iqtisadi, sosial və hüquqi islahatların məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirildiyini qeyd edib.
Tədbirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı əvəzsiz və yorulmaz siyasi fəaliyyətini təbliğ etməkdir.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад