Главная > Təhsil > Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bölgələr üzrə keçirilmə qrafiki müəyyənləşib
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının bölgələr üzrə keçirilmə qrafiki müəyyənləşib14-03-2022, 18:08. Разместил: admin44 |
||||||||||||||
Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində təqdim olunan qrafikə uyğun keçiriləcək. İmtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər. Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, “hissə”lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək. Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərinin, tədrisi ingilis və fransız dilində olan məktəblərin, Çilov adasında yerləşən məktəbin, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan mayın 1-də keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |