Главная > Təhsil > Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün ekskursiya

Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün ekskursiya


5-04-2022, 17:40. Разместил: admin44


Aprelin 5-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfərin təməli” layihəsi çərçivəsində rayonun Binə Xocavar kənd tam orta məktəbinin şagirdləri üçün ekskursiya və cizgi film nümayişi təşkil edilib.

İlk öncə Mərkəzin bələdçisi Şəfa Xəlilova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında şagirdlərə ətraflı məlumat verilib.

Daha sonra şagirdlər Azərbaycan “Televiziya və Radio Verilişləri” QSC-nin hazırladığı 2016-cı ildə Azərbaycan ordusunun erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filminə baxıblar.

Filmin nümayişindən əvvəl Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə şagirdlərə şəhidlərimizin aprel döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib.

Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Zəfərin təməli” layihəsi məktəblilər arasında vətənpərvərlik və vətənə məhəbbət hisslərinin gücləndirilməsinə xidmət edir.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад