Главная > Təhsil > Ege Universitetinin professoru ADAU-da “Koruyucu toprak işleme ve doğrudan ekim” mövzusunda seminar keçib

Ege Universitetinin professoru ADAU-da “Koruyucu toprak işleme ve doğrudan ekim” mövzusunda seminar keçib


12-04-2022, 11:26. Разместил: admin44

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar ADAU-nun yeni tədris binasında Ege Universitetinin professoru Harun Yalçın tərəfindən “Koruyucu toprak işleme ve doğrudan ekim” mövzusunda təşkil olunub.

Çıxış edən Elm şöbəsinin müdiri Elçin Nəsirov bu cür seminarların keçirilməsinin əhəmiyyətindən bəhs edərək, dinləyicilərə uğurlar arzu edib.

Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад