Главная > Təhsil > Zona fənn olimpiadası

Zona fənn olimpiadası


12-04-2022, 17:18. Разместил: admin44

Lənkəran Dövlət Universitetində fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji kolleci və Masallı Dövlət Regional kollecinin tələbələri iştirak etmişdir.

Olimpiadada Masallı rayonunun iki məktəblisi - Dəmirçi kənd ümumi orta məktəbinin IX sinif şagirdi Şükürlü Fəridə Asim qızı coğrafiya, Köhnə Alvadı kənd Əlihasil Əsgərov adına tam orta məktəbin X sinif şagirdi Əliyev Adəm Ağəli oğlu isə fizika fənni üzrə III yerə layiq görülmüşlər.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад