Главная > Təhsil > “Xəmsə” Milli İntellektual oyunu

“Xəmsə” Milli İntellektual oyunu


13-04-2022, 14:47. Разместил: admin44

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə  “ZƏFƏR” kubokunun növbəti mərhələsi keçirilib.
   
Mahmudavar kənd tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun B qrupu üzrə Hişkədərə, Miyankü, Mahmudavar və Şatıroba məktəblərinin şagirdləri öz biliklərini ortaya qoydular.

Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.

Xatırladaq ki, 14 aprel 2022-ci il tarixdə Boradigah qəsəbəsi İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə C qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад