Главная > Təhsil > “Tarixi qələbə - Zəfər günü” adlı bilik yarışı

“Tarixi qələbə - Zəfər günü” adlı bilik yarışı


15-04-2022, 08:11. Разместил: admin44

Masallı məktəbliləri biliklərini sınayıblar

Masallı Rayon Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Zəfər gününə həsr edilmiş  “Tarixi qələbə - Zəfər günü” adlı bilik yarışı keçirilib.
Mərkəzi Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov tədbiri açıq elan edərək bildirib ki, tərəfimizdən mütəmadi olaraq keçirilən bu cür maarifləndirici tədbirlər məktəblilərin elmə maraq göstərməsinə, onların isedadının aşkarlanmasına, intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

Sonra bilik yarışmasına start verilib.

Şagirdlər Birinci və İkinci Qarabağ müharibələri, Aprel döyüşləri, Qarabağın tarixi, mədəniyyəti, tarixi şəxsiyyətləri mövzusunda sualları cavablandırıblar.

Münsiflər heyəti tərəfindən müəyyən edilən qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Yarışmada Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin “Xarı bülbül” komandası birinci, şəhid Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin “Şuşa” komandası ikinci, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərov adına 6 saylı şəhər tam orta məktəbin “Qarabağ” komandası isə üçüncü yerə layiq görülüb.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад