Главная > Təhsil > “ZƏFƏR” kubokunun F qrupu üzrə növbəti mərhələsi

“ZƏFƏR” kubokunun F qrupu üzrə növbəti mərhələsi


22-04-2022, 18:40. Разместил: admin44

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun F qrupu üzrə növbəti mərhələsi keçirilib.
         
22 aprel 2022-ci il tarixdə Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun F qrupunda yer alan məktəblər öz biliklərini ortaya qoyublar.

Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbinin Zirvə komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazanmışdır.
Xatırladaq ki, 26 aprel 2022-ci il tarixdə Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbdə H qrupunda yer alan məktəblər final oyununa vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад