Главная > Təhsil > “ZƏFƏR” kubokunun son qrup mərhələsi

“ZƏFƏR” kubokunun son qrup mərhələsi


29-04-2022, 18:53. Разместил: admin44

Masallıda “Xəmsə” Milli İntellektual oyunu üzrə “ZƏFƏR” kubokunun son  qrup mərhələsi keçirilib.
   
29 aprel 2022-ci il tarixdə Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə "Zəfər" kubokunun son qrup oyunları başa çatıb .
Maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında Xırmandalı  kənd X.Məmmədov  adına tam orta məktəbinin komandası bütün rəqiblərindən güclü olaraq may ayında keçiriləcək final oyununa vəsiqə qazandı.
 
Qeyd edək ki, “Zəfər” kubokunun final mərhələsi may ayının 7-də “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində keçiriləcək.Məlumat üçün qeyd edək ki, “Zəfər” kuboku üzrə “Xəmsə” Milli intellektua oyununda ikinci yeri tutmuş komandalar “Breyn rinq” yarışında iştrak edəcəklər.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад